Deputatdan vərəmlə bağlı önəmli təkliflər

30 Yanvar, 20:00

Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qlobal çağırışlar və öhdəliklər. Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, millət vəkili Qənirə Paşayeva iclasda bir sıra vacib təkliflərlə çıxış edib.

Millət vəkili bütün vərəmli xəstələrin rəsmi qeydiyyatının vacibliyi, yaşayış vəziyyəti ağır olan vərəm xəstələrinə maddi dəstəyin göstərilməsi, bu xəstəliklə mübarizə və ondan qorunma yolları ilə bağlı mətbuatda və mediada maarifləndimənin gücləndirilməsi, sosial çarxların televiziya kanallarında verilməsinin vacibliyini xüsusilə qeyd edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here