ABŞ səfiri Pakistan XİN-ə çağırıldı

2 Yanvar, 12:09

ABŞ prezidenti Donald Trampın ittihamlarından sonra Birləşmiş Ştatların Pakistandakı səfiri Devid Xeyl bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “The News International” nəşri məlumat yayıb.

Trampın tənqidlərini müzakirə etmək üçün ölkənin baş naziri Şahid Hakan Abasi yanvarın 2-də hökumətin iclasını keçirəcək.

Bundan əvvəl Donald Tramp Pakistanı ABŞ pullarından istifadə edərək terrorçulara sığınacaq verməkdə ittiham edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here