Ukrayna hakimiyyəti silah və hərbi texnikanın qarşılıqlı təchizatı proseduru, təmirin təşkili və hərbi təyinatlı xidmətlərin göstərilməsi haqqında Rusiya ilə müqaviləni ləğv edib.
VOİCEPRESS xəbər verir ki, Ukraynanın Nazirlər Kabineti bu qərarı yekdilliklə və müzakirə olunmadan qəbul edib. Nazirlər Kabinetinin iclası Ukrayna televiziya kanalları tərəfindən canlı yayımlanıb.
VOİCEPRESS xəbər verir ki, Ukraynanın Nazirlər Kabineti bu qərarı yekdilliklə və müzakirə olunmadan qəbul edib. Nazirlər Kabinetinin iclası Ukrayna televiziya kanalları tərəfindən canlı yayımlanıb.
Qeyd edək ki, avqust ayında Ukraynanın Nazirlər Kabineti 2003-cü ildə imzalanmış üçüncü ölkələrə hərbi məhsulların ixracına dair Rusiya ilə sazişi ləğv etmişdi.
VOİCEPRESS.AZ







