Peskov: “Əgər Ukrayna bu qərarı qəbul etsə…”

8 Noyabr, 15:23

Rusiya ilə diplomatik əlaqələri kəsmək Ukraynanın daxili işidir, lakin bu, hər iki ölkə üçün mənfi nəticələrə səbəb olacaq.

VOİCEPRESS xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.

“Ukraynada son illərdə ölkənin cənub-şərqində münaqişənin həlli üçün mənfi nəticələr verən bir çox qərar qəbul edilib. Əgər yenə belə qərar qəbul edilsə, vəziyyət daha da çətinləşəcək. Bu həm Ukrayna, həm də Rusiyada insanların maraqlarına zərər verəcək”, – Peskov deyib.

Qeyd edək ki, Ali Radanın “Donbasın reinteqrasiyası haqqında” qanunu qəbul edəcəyi halda, Ukraynada olan Rusiya diplomatik qurumları, o cümlədən Rusiya Federasiyasının ərazisində olan Ukraynanın əlaqədar strukturları bağlanacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here