XİN İspaniyanın Kataloniya bölgəsində keçirilmiş “müstəqillik referendumu”na münasibət bildirib

2 Oktyabr, 10:00

“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir”.

Bunu VOİCEPRESS-ə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktaybrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilmiş “müstəqillik referendumu”nu şərh edərkən deyib.

“Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”, – deyə o bildirib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here