Moskvada “Jukovski” hava limanı anonim zəngdən sonra təxliyə olunub.
VOİCEPRESS bildirir ki, aeroporta bomba qoyulması barədə zəng daxil olduqdan sonra əməkdaşlar oradan çıxarılıb.
Həmin müddət ərzində uçuşlar həyata keçirilməyib. Axtarış aparıldıqdan sonra heç bir şübhəli maddə aşkar edilməyib.
VOİCEPRESS.AZ







