Minsk Qrupu Qarabağla bağlı bəyanat yaydı

7 Oktyabr, 22:14

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Endrü Şofer-ABŞ və Stefan Viskonti-Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

VOİCEPRESS-in təşkilatın saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:

“Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib”.

Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here