Millimiz məğlub oldu – YENİLƏNİB

1 Oktyabr, 17:55

17:55

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində milli komandamızın üçüncü yer uğrunda görüşü keçirilib.

VOİCEPRESS-in məlumatına görə, Azərbaycan milli komandası üçüncü yer uğrunda görüşdə Türkiyə yığması ilə qarşılaşıb. Oyun 1:3 hesabı ilə Türkiyə voleybolçularının xeyrinə bitib (25:22, 21:25, 14:25, 8:25).

Bununla da, Türkiyə yığması Avropa çempionatında üçüncü yeri, Azərbaycan yığması isə dördüncü yeri tutublar.

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulacaq.

VOİCEPRESS xəbər verir ki, bürünc medal uğrunda matçda Azərbaycan və Türkiyə milliləri qarşılaşır.

İlk seti Azərbaycan millisi 25:22 öndə bitirib.

İkinci setdə təşəbbüsü ələ alan Türkiyə komandası seti 21:25 qazanıb. Hazırda ümumi hesab 1-1-dir.

Final matçı isə Bakı vaxtı ilə 19:00-da Hollandiya və Serbiya arasında keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here