Aygün “Altın Kelebek”dən imtina etdi

9 Oktyabr, 19:03

Xalq artisti Aygün Kazımova “Altın Kelebek Ödülleri 2017″də iştirakdən imtina edib.

VOİCEPRESS xəbər verir ki, bu haqda müğənninin prodüseri Şahin Qurbanov xəbər yayıb.

O bildirib ki, buna səbəb A.Kazımovanın işlərinin çox olmasıdır:

“Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. 8 ay “Crystal hall” konsertinə hazırlıq gedib. Sentyabrda möhtəşəm konsert baş tutdu. Noyabrda olacaq “Daf Bama” mərasimi üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Hazırda müğənninin heç istirahətə vaxtı yoxdur.

“Altın Kelebek” mükafatlandırması isə dekabrda olacaq. Həmin tarixə də imzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İllə əlaqədar bir sıra çıxışlarımız var. Bu səbəbdən təklifi rədd etməli olduq. Çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik”.

Xatırladaq ki, Aygün Kazımova 2012-ci ildə Türkiyədə təşkil olunan “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here