ATV-yə yeni vitse-prezident təyin olundu

10 Oktyabr, 11:43

“Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.

VOİCEPRESS xəbər verir ki, bu yerə bir neçə gün öncə “ARB Kəpəz”dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.

Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra kanaldakı digər vitse-prezident vəzifəsini Vaqif Aydınoğlu icra edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here