Türkiyədən ÇAĞIRIŞ: “İraqın Kürd Muxtariyyətini tərk edin”

28 Sentyabr, 19:35

Türkiyə XİN vətəndaşlarını aviaəlaqə kəsilmdən İraqın Kürd Muxtariyyəti ərazisini tərk etməyə çağırıb.

VOİCEPRESS bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Türkiyənin Ərbildəki baş konsulluğu İraq Kürdüstanı aeroportundan uçuşların cümə günündən etibarən dayandırılacağı barədə bəyan etmişdi.

XİN-in yaydığı sənəddə deyilir: “Düşünürük ki, Türkiyə vətəndaşlarının vacib səbəbləri olmadan İraqın şimalında qalmaları doğru deyil və İraqın Kürd Muxtariyyəti ərazisini sentyabrın 29-u saat 18:00-a qədər tərk etməlidirlər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here