VOİCEPRESS xəbər verir ki, biotənzimləyici preparatlar vasitəsilə həmin problemləri dəf etmək və ya qarşısını almaq mümkündür.
Bioloji Təbabət Klinikasının həkimi, terapevt Arzu Musayevanın sözlərinə görə, uzun illər şəkərli diabeti olan insanların aşağı ətraflarında keyləşmə, yan büküşlərin, pəncə altının qalınlaşması, ayaqlarında buzlaşma hissi, bəzilərində sancı kimi tutmaşəkilli ağrıların olması xəstəliyin daha da irəlilədiyindən, qan-damar sistemində ciddi problemlərin yaranmasından xəbər verir:
“Bəzən damarlar tutulsa da, xəstənin şikayəti olmaya bilər. Bu səbəbdən də xəstələr öz vəziyyətlərinə biganə qalmamalı, vaxtında həkimə müraciət etməlidirlər. Bioloji təbabət üsulları ilə yenicə şəkərli diabet xəstəliyinə tutulmuş insanlarda arzuolunan nəticələr əldə etmək mümkündür”.
VOİCEPRESS.AZ







