Azərbaycanın və Rusiya rəhbərləri regionlar arasında münasibətlərin inkişafına böyük diqqət ayırırlar.
VOİCEPRESS bildirir ki, bunu Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
VOİCEPRESS bildirir ki, bunu Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
O deyib: “Mən VIII regionlararası forumun əhəmiyyətini vurğulamaq istərdim. Moskvada çalışdığım illər ərzində dəfələrlə şahidi olmuşam ki, bizim rəhbərlərimiz – Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev məhz regionlararası əlaqələrin inkişafını müzakirə ediblər. Mən deməliyəm ki, dövlət başçısının simasında Rusiya rəhbərliyi həmişə Azərbaycan və Rusiyanın regionları arasında birbaşa əlaqələrin inkişafını dəstəkləyib”.
VOİCEPRESS.AZ







