Saakaşvili tapıldı və hamını mitinqə çağırdı

13 Sentyabr, 16:13

Bu gün yoxa çıxan Mixail Saakaşvili tapılıb.

VOİCEPRESS xəbər verir ki, Saakaşvili öz Feysbuk səhifəsi vasitəsilə tərəfdarlarını Çernovtsov şəhər meydanına toplanmağa səsləyib.

“Ukraynada dəyişikliklər Çernovtsovdan başlayır. Sizi sentyabrın 13-də saat 18:00-da Mixail Saakaşvili ilə görüşə dəvət edirəm. Görüş şəhərin mərkəzi meydanında keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna mətbuatı Mixail Saakaşvilinin Lvovdan çıxaraq naməlum istiqamətə getdiyini və ondan hələ də xəbər alınmadığı haqqında informasiya yaymışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here