İran yeni ballistik raketini nümayiş etdirib

23 Sentyabr, 14:02

İran yeni ballistik raketini nümayiş etdirib.

VOİCEPRESS -in xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə “Press TV”-yə deyib.

Yeni ballistik raket prezident Həsən Ruhani və yüksək səviyyəli hərbi nümayəndələrin iştirakı ilə keçirilən hərbi paradda nümayiş olunub.

Yeni raket 2 min km məsafə qət etmək və bir neçə döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, H.Ruhani bu yaxınlarda İranın raket potensialını gücləndirəcəyini demişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here