Meksikada növbəti zəlzələ baş verdi

10 Sentyabr, 12:35

Meksika sahillərində Teuantepek körfəzində növbəti güclü zəlzələ baş verib.

VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Zəlzələnin maqnitudası 5,7 bal gücündə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:07-də qeydə alınıb. Episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə yerləşirib.

Zəlzələnin ocağı 53 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Aysel İsgəndərova

VERİTAS Tərcümə MƏRKƏZİ

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here