Kərkükdə İraq Türkman Cəbhəsinin idarəçiliyində olan iki ofisə basqın olub.
VOİCEPRESS xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehi paylaşıb. O, hücumun İraq Türkman Cəbhəsinin Kale bürosu və Fazil Antik Mədəniyyət Dərnəyinə edildiyini bildirib.
Hər iki ofisə hücum zamanı xəsarət alan olmayıb. Hücumu kimin həyata keçirdiyi bilinmir.
VOİCEPRESS.AZ







