Ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 110-120 və Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Sentyabrın 29-da Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub.
VOİCEPRESS.AZ







