Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna pasportunu göstərərək onunla fəxr etdiyini bildirib.
VOİCEPRESS xəbər verir ki, Saakaşvili bu barədə Varşavada “Avromeydan”çılarla görüşü zamanı danışıb.
VOİCEPRESS xəbər verir ki, Saakaşvili bu barədə Varşavada “Avromeydan”çılarla görüşü zamanı danışıb.
“Mən hesab edirəm ki, fəxr etdiyim bu pasport onu vermək, almaq, şantaj etmək istəyən oliqarxların əlində bir oyuncaq deyil. Qərara aldım ki, belə düşünən yalnız mən deyiləm. Buna görə də, ABŞ-da hava limanına gələrək təyyarəyə mindim. Onlar mənim vəsiqəmə baxdılar. Avakovun ABŞ səfirinə məni buraxmamaları ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq heç bir sual olmadı. Sonra mən Polşaya gəldim. Burada da mənə gülümsəyərək “Xoş gəlmisiniz” dedilər”, – Saakaşvili bildirib
VOİCEPRESS.AZ