Adana polisləri, 15 avqustda bombalı və silhalı hücum planlaşdıran 12 terrorçunun bir villada gizləndiyi barədə məlumatdan sonra basqın həyata keçirib.
VOİCEPRESS Milliyet-ə istinadən xəbər verir ki, basqın zamanı 12 ədəd “Kalaşnikov”, 12 polis uniforması, 24 ədəd əl bombası, min ədəd güllə, 1.5 ton ammonium nitrat, 300 kiloqram mismar ələ keçirilib.
Terrorçuları tutmaq üçün işlər davam edir.
Terrorçuların polis geyimində insanların sıx olduğu yerdə bombaları partlatmaq və silahlarla qırğın həyata keçirməyi planlaşdırdıqları ehtimalı böyüyür.
VOİCEPRESS.AZ







