Türkiyənin Manisa şəhərinin Akhisar mahalında 4.1 bal gücündə zəlzələ baş verib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası məlumat yayıb.
Yerli vaxtla 11:51-də hiss edilən yeraltı təkanların 8.5 km dərinlikdə qeydə alındığı bildirilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
VOİCEPRESS.AZ







