Səudiyyə şahzadəsinə sui-qəsd olundu

6 Avqust, 19:25

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səuda qarşı sui-qəsd təşkil olunub.

VOİCEPRESS xəbər verir ki, bu barədə Ərəbistan mətbuatı informasiya yayıb.

Məlumata görə, sui-qəsdi çoxsaylı Səudiyyə şahzadələrindən biri təşkil edib. Sui-qəsd nəticəsində şahzadə xəsarət almayıb. Sui-qəsdi təşkil edən şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları açıqlanmasa da, hazırda şahzadənin həyatı üçün bir təhlükə olmadığı açıqlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun qarşıdakı 5 ay ərzində taxtı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salmana verməsi gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here