Ruhani üç qadına vəzifə verdi

9 Avqust, 16:05

İran Prezidenti Həsən Ruhaninin imzaladığı sərəncamlara əsasən, 3 qadın prezidentin müavini və köməkçisi vəzifələrini icra edəcək.

VOİCEPRESS xəbər verir ki, prezidentin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtikar, vətəndaş hüquqları üzrə köməkçisi Şəhindoxt Mövlaverdi, hüquqi məsələlər üzrə müavini isə Ləəya Cüneydi təyin olunub.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani avqustun 8-də yeni hökumətində nazir postlarına təklif etdiyi şəxslərin siyahısını parlamentə göndərib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here