VOİCEPRESS xəbər evrir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Alim Həmzə oğlu Qasımov “Şərəf” ordeni ilə təltif edilib.
Qey edək ki, Alim Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. 1979-cu ildə Azərbaycan Televiziyası ilə ilk çıxışı olub.
1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.
1988-ci ildə ABŞ Milli Folklor Festivalında xüsusi Diploma layiq görülüb. 1988-ci ildə Azərbaycan SSr Əməkdar artisti adı alıb. 1989-cu ildə Almaniyanın Bonn şəhərində musiqi medalıyla təltif olunub. 1989-cu ildə Moskva, Paris, Mone, Köln, Boxum, Qərbi Berlin, Frazburq, Bazel, Cenevrə, Lie, Amsterdamda konsertlər verib və festivallarda iştirak edib. 1991-cı ildən Paris şəhər Bələdiyyə teatrı – “DE-LE-vill”in üzvüdür. 1993-cü ildə Azərbaycan Xalq artisti adı alıb. 1993-cü ildə Fransada musiqi medalıyla təltif edilib. 1994-cü ildə Hyustonda musiqi medalı alıb.
1997-ci ildə “Humay” mükafatına layiq görülüb. 1999-cu ildə İMC UNESCO Beynəlxalq Musiqi Mükafatını alıb, Almaniyada musiqi medalına layiq görülüb. 2000-ci ildə “Love’s deep ocean” diski “Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutub. 47 Avropa ölkəsinin radiolarında səslənib. “Almaniya Fonoqrafik tənqidçiləri”nin diplomuna layiq görülüb və həmin şuranın fəxri üzvü seçilib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib. 2003-cü ildə yenidən Yunesko mükafatı alıb. Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
VOİCEPRESS.AZ






