Obamanın qızı məşhur aktrisanın tələbəsi olub

5 Avqust, 08:59

ABŞ-ın sabiq prezidenti Barak Obamanın böyük qızı Miliya karyera qurmaq üçün Hollivuda yollanıb.

VOİCEPRESS xəbər verir ki, 19 yaşlı qız aktrisa deyil, rejissor və prodüser olmaq istəyir.

Bunun üçün o, təcrübə də keçib. Belə ki, “Qızlar” (“Girls”) serialında Miliya rejissor köməkçisi vəzifəsini icra edib.

O, eyni zamanda aktrisa Holli Berrinin tələbəsi olub. Bu haqda danışan Holli bildirib:

“Biz ona Barak Obamanın qızı kimi baxırdıq. Hər nə qədər çalışsaq da ki, oan işçi kimi baxaq, amma alınmırdı. Miliya isə möhtəşəm idi. Gənc qız ona verilən bütün işlərin öhtəsindən gəlirdi. Həm də peşəkarcasına. Sübut etmək istəyirdi ki, o, özü də nə isə bacarır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here