Qadın voleybolçulardan ibarət Rusiya milli komandasının Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıq proqramı dəqiqləşib.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, avqustun 3-dən məşqlərə başlayan şimal qonşularımızın məsul yarış toplanışı necə davam etdirəcəyi bəlli olub.
Vladimir Kuzyutkinin baş məşqçisi olduğu komanda Anapada keçdiyi hazırlığı avqustun 14-də yekunlaşdıracaq. Bundan sonra paytaxta dönəcək ruslar Moskva ətrafındakı Novoqorskda sentyabrın 2-dək təlim-məşq toplanışı keçəcək.
Sentyabrın 5-10-da Rusiya millisi Yaponiyanın paytaxtı Tokioda baş tutacaq beynəlxalq Çempionlar Kubokunda çıxış edəcək. Çin, ABŞ, Braziliya, Yaponiya və Cənubi Koreyanın da qatılacağı yarış ruslar üçün Avro-2017 ərəfəsi ciddi sınaq olacaq.
Qeyd edək ki, ruslar qitə çempionatında oyunlarını B
VOİCEPRESS.AZ







