Ərdoğan Ramili təbrik etdi

11 Avqust, 10:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.

VOİCEPRESS xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here