Ən təhlükəsiz ölkələrinin reytinqi açıqlanıb

11 Avqust, 07:39

Numbeo şirkəti 2017-ci ildə dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini açıqlayıb. Burada təhlükəsizlik və cinayətin az olmasına görə ən yaxşı göstəricini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayiş etdirib.

VOİCEPRESS bildirir ki, Abu-Dabi 86,46 bal təhlükəsizlik indeksi ilə reytinq cədvəlinə başçılıq edib. Ondan sonra Bazel (İsveçrə), Münxen (Almaniya), Sinqapur (Sinqapur), Kvebek (Kanada), Taybey (Çin), Boyse (ABŞ), Bern (İsveçrə), Sürix (İsveçrə) şəhərləri göstərilir.

Dəkkə (Banqladeş) Asiyada, San-Pedro-Sula (Qonduras) isə dünyada ən təhlükəli şəhər hesab olunur.

Qeyd etmək lazımdır ki, Numbeo şirkəti beynəlxalq reytinqlərin hazırlanmasında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here