Danimarkalı siyasətçi “Qarabağ”ı dəstəkləyəcək

10 Avqust, 17:16

VOİCEPRESS axar.az-a istinadən xəbər verir ki, Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini tənqid edən Hüseyn Arac avqustun 23-də baş tutacaq “Kopengahen”-“Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.

Siyasətçi “Qarabağ” komandasının Avropa futbolunda önəmli yer tutduğunu deyib:

”Qarabağ” güclü komandadır ki, bu mərhələyə gəlib çatıb. Fikrimcə, “Qarabağ” Avropanın güclü komandasıdır. Futbolun müasir dünyamızda yeri böyükdür. “Qarabağ”ın Avropada oyunları Azərbaycanın təbliğatı üçün yaxşı fürsətdir. “Qarabağ” öz oyunları ilə Qarabağ məsələsini diqqətdə saxlayır. Biz 23 avqustda Azərbaycan və Türkiyə bayraqları ilə meydanda olub, ”Qarabağ”a öz dəstəyimiz göstərəcəyik. “Qarabağ” klubu ilə qürur duyuruq”.

Hüseyn Arac Qarabağın işğalı ilə barışmadığını deyib:

“Dəfələrlə mətbuata verdiyim açıqlamalarda da Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğal etdiyini bildirmişəm. Bütün beynəlxalq hüquq və qəbul olunmuş sənədlər işğalçı ölkənin əleyhinədir. Şübhəsiz ki, Qafqaz bölgəsinin lideri dövləti Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər. Ancaq hələlik Azərbaycan sülh prinsiplərini üstün tutur. Ermənistan unutmasın ki, səbrin də bir sonu var”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here