Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 137 miqrant xilas olunub.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə Liviyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.
Məlumata əsasən, rezin qayıqlarda üzən miqrantlar Liviyanın Tripoli şəhərindən 40 km aralıda xilas olunublar. Onların arasında 5 qadın və 3 uşağın olduğu bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 111 min miqrant keçib, 2360 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.
VOİCEPRESS.AZ