Ermənistanda sistem dəyişiklikləri Rusiyanın zəifləməsi ilə ortaya çıxacaq.
VOİCEPRESS xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində politoloq Ruben Meqrabyan söyləyib.
“Rusiyanın meyit olduğu dönəmdə bizim özümüzün də meyitə çevrilmə riskimiz var. Burada riskləri bilmək lazımdır. Rusiya 100 ildə üçüncü dəfə və deyəsən, həmişəlik Cənubi Qafqazı tərk edəcək. Biz gərək elə edək ki, bundan beş dəqiqə sonra situasiyaya reaksiya vermək üçün planımız olsun”, – deyə o bildirib.
VOİCEPRESS.AZ







