İspaniya yığmasının və “Real” (Madrid) klubunun ulduzu Kriştianu Ronaldu yeni sevgilisi Corcina Rodrigeslə birlikdə İbisa kurortunda istirahət edir.
VOİCEPRESS El Mundo-ya istinadən bildirir ki, 23 yaşlı C.Rodrigesin hamiləliyin 5-ci ayında olduğu söylənir.
32 yaşlı K.Ronaldu ötən həftə Mateo və Yeva adlı əkizlərin atası olmuşdu.
O, böyük oğlu, 6 yaşlı Kriştianu və əkizləri ilə birlikdə foto çəkdirərək İnstagram-dakı profilində də paylaşmışdı.
İddialara görə, Corcina Rodriges oktyabrda qız anası olacaq. Beləcə, Kriştianu Ronaldu 4 övlad atasına çevriləcək.
Mateo və Yevanın anası ABŞ-ın San-Dieqo şəhərində yaşayır. Kriştianu Ronaldu bu qadına media ilə heç bir əlaqə yaratmamağı və açıqlamalar verməməsi müqabilində 10 milyon dollar ödəyib.
VOİCEPRESS.AZ






