Bizə qarşı məqsədyönlü savaş aparılır – Kadırov

14 İyul, 10:24

Çeçenistan və çeçen xalqına qarşı məqsədyönlü şəkildə informasiya və ideoloji savaş aparılır.

VOİCEPRESS xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistan Daxili İşlər Nazirliyinin rəhbər işçiləri ilə keçirdiyi iclas zamanı söyləyib.

“Biz həmişə terrorçular və ekstremistlərlə savaşın çətin olduğunu düşünmüşük. Üzdə olanlarla savaşmaq, əsl sifətini gizlədərək özünü xeyirxah kimi göstərənlərlə savaşmaqdan daha asandır. Qərbdə və Avropada bəzilər istəmir ki, çeçenlər öz identikliyini saxlasınlar”, – deyə o bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here