Rusiyadakı “Beynəlxalq Ordu Oyunları-2017”də 28 ölkədən 150 komanda iştirak edəcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik artıq 22 dövlətin oyunlar üçün Rusiyaya 47 müşahidəçi qrup göndərdiyini bildirib.
Azərbaycan hərbçilərinin də qatıldığı beynəlxalq oyunlarda ən böyük tərkibə Rusiya, Qazaxıstan, Çin, İran və Belarus komandaları malik olacaq.
VOİCEPRESS.AZ







