ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər.
VOİCEPRESS xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
VOİCEPRESS xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: “Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq”.
M.Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: “Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq”.
VOİCEPRESS.AZ






