Türkiyədən Gürcüstana uçan təyyarəni ildırım vurub

19 İyun, 16:12

Türkiyədən Gürcüstana uçan təyyarəni ildırım vurub.

VOİCEPRESS-in “kavkaz-uzel.eu” saytına istinadən verdiyi məlumata görə, “AtlasJet” aviaşirkətinə məxsus təyyarə İstanbul-Tbilisi aviareysini həyata keçirərkən hava boşluğuna düşüb.

Təyyarə havaya qalxandan 15-20 dəqiqə sonra onu ildırım vurub. Təyyarənin idarəetməsində problem yarandıqdan pilotlar Atatürk hava limanına qayıtmağa qərar veriblər.

Bir müddət sonra təyyarə yenidən havaya qalxıb və heç bir problem olmadan Tbilisiyə çatıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here