Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı

8 İyun, 14:27

Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb.

VOİCEPRESS xəbər verir ki, İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.

Qeyd edək ki, bundan öncə 13 nəfərin öldüyü, 40-dan çox adamın yaralandığı haqda məlumat yayılıb.

Xatırladaq ki, ötən gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyni türbəsinə silahlı hücum olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here