VOİCEPRESS xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, Baş prokuror bu yaxınlarda açıqlama verdi ki, bəzi partiyalar maliyyə mənbələri haqqında ictimaiyyətə və aidiyyatı strukturlara məlumat vermirlər.
“Baxmayaraq ki, biz bununla bğlı qanun qəbul etmişik və qanuna əsasın onlar həm MSK-ya, həm də digər strukturlara bu haqda hesabat verməlidirlər. Biz şəffaflığın təminatı ilə bağlı qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq. Siyasi partiyaların birinin müavininin 41 dəfə bir ölkəyə səfər edib, oradan pul çıxarıb gətirməsi təbii ki, sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almırsan, digər ölkələrin bankından alırsan?”.
S.Novruzov qeyd edib ki, bəzi partiyalar hesabatlarını təqdim etmir və ya təqdim edərkən sıfır rəqəm göstərirlər.
“Amma hansı ki, onların kifayət qədər işçisi və yüksək şəraitləri var. Düşünürəm ki, bunlar yoxlanmalıdır. Əgər hər kəs şəffafdırsa, bu qanunlardan qorxmamlı, öz maliyyə mənbəyini açıqlamalıdır”.
VOİCEPRESS.AZ







