Ronaldunun ekiz uşaqları doğuldu

11 İyun, 12:27

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldu növbəti dəfə ata olub.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalının əkiz övladları dünyaya gəlib.

Yayılan məlumata görə, surroqat ana süni mayalanma yolu ilə Ronaldunun 2 uşağını dünyaya gətirib. Körpələrə Mateo (oğlan) və Eva (qız) adı verilib. Onlar iyunun 8-də doğulublar.

Qeyd edək ki, forvardın böyük oğlu Ronaldo Juniorun 6 yaşı var. O da 2010-cu ildə surroqat anadan dünyaya gəlib.

Ata Ronaldu hazırda ispaniyalı model Corcinya Rodriqezlə münasibətdədir. Maraqlıdır ki, modelin də hamilə olduğu bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here