Rakka yenə bombardman edildi: Bu dəfə 43 ölü

3 İyun, 16:09

ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın dünən Rakkada təşkil etdiyi hava hücumlarında 43 mülki vətəndaş ölüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlər arasında qadınlar və uşaqlar da olub.

Qeyd edək ki, ötən ay koalisiyanın Rakka və Deyr əz-Zor şəhərinə etdiyi hücumlarda 108 nəfər ölüb, onlarla insan yaralanmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here