“Qoymarıq ki, demokratiyaya xələl gəlsin” – Tereza Mey

5 İyun, 10:39

Son vaxtlar ölkəmizdə terror aktları müxtəlif vaxtlarda və yerlərdə törədilsə də, onlar ümumi ideologiyadan qaynaqlanan adamlar tərəfindən həyata keçirilib.
VOİCEPRESS
The Guardian-a istinadən bildirir ki, Britaniyanın baş naziri Tereza Mey belə deyib. Onun sözlərinə görə, Britaniyadakı teraktları törədənləri radikal islamçı ekstremizm ideologiyası birləşdirir.

T.Mey baş verənlərə rəğmən, ölkədə parlament seçkilərinin planlaşdırılmış vaxtda, iyunun 8-də keçiriləcəyini deyib.

Seçkiqabağı təbliğat və təşviqat kampaniyası bu gün bərpa olunub.

“Heç vaxt zorakılığa və ekstremizmə imkan verilməməlidir ki, demokratik prosesə xələl gətirsin. Ona görə də hər şey öz axarı ilə davam edəcək”, – Tereza Mey deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here