Qətər onunla diplomatik münasibətləri kəsən dövlətlərin vətəndaşlarına ölkədə qalmağa icazə verib

11 İyun, 09:09

Qətər hakimiyyəti Doha ilə diplomatik münasibətləri kəsən ölkələrin vətəndaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq Qətərdə qalmağa icazə verib.

VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.

Qətər DİN-in bəyanatında bildirilir ki, ölkə hakimiyyəti “Qətərə qarşı düşmənçilik kampaniyası nəticəsində onunla diplomatik münasibətləri kəsən qardaş və dost ölkələrin” vətəndaşlarına qarşı öz siyasətində hər hansı dəyişiklik nəzərdə tutmur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here