Putin məşhur rejissor Oliver Stounun çəkdiyi 4 seriyalı “The Putin Interviews” adlı sənədli filmdə ABŞ və NATO ilə münasibətlərə dair açıqlama verib. Filmdən bəzi hissələr anons kimi paylaşılıb.
Stounun “mümkün bir savaşda ABŞ üstün gücdür?” sualına Putinin cavabı belə olub – “Belə bir savaşda kimsənin həyatda qalacağına inanmıram”.
Putin NATO-nun ABŞ-ın xarici siyasətində bir maşa halına gəldiyini, NATO-da müttəfiqlərin deyil ABŞ-a bağlı ölkələrin olduğunu bildirib.
“Bir ülkə NATO üzvü olursa onun ABŞ-ın təzyiqlərinə qarşı çıxması da çətinləşir. Bununla bu ölkəyə anidən silah sistemləri yerləşdirilə bilər. Anti-balistik raket sistemləri, hərbi baza, ehtiyac olarsa hücum sistemləri…”.
O, ölkəsinin sərhədlərində get-gedə artan NATO təhdidi və hərbçi yığmasına görə Rusiyanın da tədbirlər görməyə məcbur olduğunu deyib.
VOİCEPRESS.AZ







