Moldova Prezidenti İlham Əliyevə məktub göndərib

7 İyun, 17:02

Moldova Respublikasının Prezidenti İqor Dodon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

VOİCEPRESS xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

“Zati-aliləri.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyur, xalqlarımızın səmimi və dost münasibətlərinin davamlı olacağına əminliyimi ifadə edirəm.

Müasir tarixin bu dövrü ərzində siyasi dialoqun inkişafı, ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsi və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində yaxşı irəliləyişə nail olduğumuzu qeyd etmək xoşdur.

Əminəm ki, ölkələrimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə faydalı olan bütün sahələrdə konstruktiv və səmərəli əməkdaşlığın genişlənməsi çərçivəsində birgə səylərimizlə yeni diqqətəlayiq nəticələr əldə edəcəyik.

Hörmətli cənab Prezident, Sizinlə Bakıda tezliklə görüşəcəyimə ümid edir və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here