Millət vəkili iki ölkənin fəalları ilə bir arada

8 İyun, 17:08

Millət vəkili Qənirə Paşayeva Böyük Britaniya və Avstraliyanın fəal qadınları ilə görüşüb.

VOİCEPRESS xəbər verir ki, millət vəkili Böyük Britaniyanın Granfield Beynəlxalq Qadın Liderləri Mərkəzinin icraçı direktoru Susan Vinnicombe, Avstraliyanın “Pttinger” şirkətinin təsisçisi Kassandra Kelli, “Faynənşl Tayms”qəzetinin Asiya-Sakit okean bürosunun (Avstraliya) baş direktoru Angela Makkay və “Faynənşl Tayms”ın (Böyük Britaniya) biznez redaktoru Sarah Qordon ilə görüşməkdən məmnunluğunu ifadə edib.

Q.Paşayeva Azərbaycanın Böyük Britaniya və Avstraliya ilə münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini vurğulayıb. Həmçinin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Görüşdə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyi diqqətə çatdırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here