Şəhərin meri, Pakistan əsilli müsəlman olan Sadiq Xan yığışanların qarşısında çıxış edərkən bildirib ki, İslam adı ilə pərdələnən insanlar britaniyalıları, o cümlədən ölkənin müsəlman vətəndaşlarını qorxuda bilməyəcəklər.
VOİCEPRESS Daily Mail-ə istinadən bildirir ki, Potters Field Park-dakı aksiyaya London Şəhər Polisinin rəhbərliyi və mənsubları, habelə Kenterberi arxiyepiskopu da qatılmışdılar.
7 nəfərin həlak olduğu, 48 nəfərin yaralandığı teraktdan bəhs edərkən Sadiq Xan deyib: “Şəhərimizə barbar hücumundan həlak olanları və yaralananları anmaq üçün buradayıq. Tauer körpüsündə insanlara hücum edənlər hər birimizi hədəfə aldılar. Lakin onlar məqsədlərinə çatmayacaqlar, çata da bilməyəcəklər. Həyatımız davam edir, daha da irəliləyəcəyik”.
VOİCEPRESS.AZ







