Ege universitetinin professoru Dr. Afiq Bərdəli tərəfindən 12-17 iyun tarixlərində Bioloji Təbabət klinikasında xəstə qəbulu keçiriləcək

6 İyun, 14:11

Ege universitetinin professoru, genetik-alim, Afgen diaqnostik mərkəzinin rəhbəri Dr. Afiq Bərdəli tərəfindən 12-17 iyun tarixlərində Bioloji Təbabət klinikasında xəstə qəbulu keçiriləcək.
VOİCEPRESS xəbər verir ki, Afiq Bərdəli Türkiyənin İzmir şəhərində “Şəfa Özəl Xəstəxanalar” şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub. Eyni zamanda Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, Türkiyə Egey Universiteti tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir. Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir.

Türkiyə Səhiyyə Nazirliyi tərəfindən verilən “Genetik xəstəliklər mütəxəssisi”, “Uşaq xəstəlikləri mütəxəssisi”, “Revmatoloji xəstəliklər mütəxəssisi” kimi 3 diplomun, İtaliyanın Milan Universiteti tərəfindən verilən molekulyar genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi elmi adının sahibidir. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir.

Bütövlükdə dünya tibb elmində 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikasının hərtərəfli və elmi cəhətdən əsaslandırılmış tədqiqatları Afiq Bərdəlinin elmi fəaliyyəti ilə bağlıdır.

Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdirma istiqamətində olan 129 məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görulmüşdür.

Öz vətənində, Bakı şəhərində, onun yaratdığı Afgen Genetik Mərkəzi insanların xromosom və genetik xəstəliklərinin diaqnozunun qoyulmasında bu günə qədər çox böyük işlər görmüşdür . Mərkəzdə iki bölmə fəaliyyət göstərir: birinci – molekulyar-genetik analizlər və ikinci-sitogenetik analizlər bölməsi. Molekulyar genetika bölümündə tək gen xəstəliklərinə aid mutasiya və ya mikrodelesiya aşkarlanmasında bir çox fərqli molekulyar üsullar istifadə olunur . Sitogenetik bölümdə isə xromosom analizi konversional və başqa üsullarla aparılır. Genetik Diaqnoz Mərkəzi ölkəmizdə bu iki bölməni əhatə edən yeganə mərkəzdir .

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here