Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.
VOİCEPRESS xəbər verir ki, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb.
Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hazırda alovun qarşısının alınması üçün tədbirlər görülür. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
VOİCEPRESS.AZ







