Balkanlarda türklük daha da güclənəcək

9 İyun, 13:34

Makedoniya tarixində ilk dəfə türk dünyası məsələləri üzrə nazirliyin təsis olunması vacib və önəmli qərardır.

VOİCEPRESS xəbər verir ki, bu sözləri jurnalist Elnur Eltürk qeyd edib. “Bu, Balkanlarda türklüyün daha da güclənməsinə səbəb olacaq. Makedoniya-Türk dünyası arasında bağları sıxlaşdıracaq. Eyni zamanda, Azərbaycan-Makedoniya arasında əlaqələrin inkişafını daha da sürətləndirəcək. Nazir vəzifəsinə təyin olunan Türk Hərəkat Partiyasının sədri professor Adnan Kahil və onu silahdaşı Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahima uğurlar arzulayıram. Türk milləti üçün xeyirli, uğurlu olsun!”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here