Bakıda bu yollarda sürət həddi aşağı salındı

13 İyun, 13:59

Hava şəraiti ilə əlaqədar yollarda sürət həddi aşağı salınıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin VOİCEPRESS-ə verdiyi məlumata görə, yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib:

“Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdi.
Həmçinin bildiririk ki, R.Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir”.
BNA bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələrini xahiş edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here